Modern.az

Müsavat Milli Şura ilə birgə mitinq keçirə bilər - AÇIQLAMA

Müsavat Milli Şura ilə birgə  mitinq keçirə bilər - AÇIQLAMA

Təhsil

5 Noyabr 2015, 11:38


Parlament seçkiləri başa çatdı. Seçki öncəsi müxalifət partiyaları mitinq keçirməyi planlaşdırırdılar. Bu məsələ yenə gündəmdədir.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib ki, bu barədə artıq partiya daxilində müzakirələr aparılır:

“Məsləhətləşmələr davam edir. Yaxın günlərdə məsələ ilə bağlı Müsavat Partiyasının qərarı olacaq”.

Gülağa Aslanlı mitinqin Milli Şura ilə birgə keçirilməsini də istisna etməyib. Onun sözlərinə görə, siyasətdə hər şey mümkündür:

“Partiyanın qərarı mitinqin keçirilməsi yönündə olarsa, onun necə keçiriləcəyi müzakirə olunacaq. Partiyanın qərarından asılı olaraq bu, tək də ola bilər, müttəfiqlərlə də”.

Vüsalə Qəzənfərqızı  

Whatsapp
Bizə yazın!
Keçid et