Modern.az

Ukrayna millətçilərinin lideri istefa verdi

Ukrayna millətçilərinin lideri istefa verdi

Təhsil

11 Noyabr 2015, 18:10


Ukrayna Ali Radasının deputatı və “Sağ sektor” millətçi partiyasının  sədri Dmitri Yaroş təşkilatın sədrliyindən istefa verdiyini açıqlayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, təşkilat üzvləri ilə ciddi fikir ayrılığı olduğu üçün bu addımı atıb:

“Mən “Sağ sektor” təşkilatındakı səlahiyyətlərimi təhvil verirəm, amma millətçi, dövlətçi və inqilabçı olaraq qalıram”.

“Sağ sektor” partiyası 2014-cü il martın 22-də yaradılıb.

Vüqar İsmayılov

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et