Modern.az

Qarabağ separatçılarının lideri Rusiyanın qondarma rejimə dəstəyindən razıdır

 Qarabağ separatçılarının lideri Rusiyanın qondarma rejimə dəstəyindən razıdır

Təhsil

12 Noyabr 2015, 22:32

 

Dağlıq Qarabağı erməni separatçılarının işğal etməsi üçün Rusiyanın dəstəyi danılmazdır. Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmaması üçün Rusiya dolayısı ilə bu gün də Ermənistana dəstək verir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın separatçılara dəstəyini isə Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyan heç nədən çəkinmədən etiraf edib.

“Rusiya Dağlıq Qarabağın xarici siyasət gündəliyində həlledici rol oynayır”, - Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bunu noyabrın 12-də Moskvada keçirilən mətbuat konfransında separatçı rejimin rəhbəri Bako Saakyan deyib.

O, Rusiya tərəfi ilə bundan sonrakı əlaqələrin inkişafının vacibliyini də xüsusi qeyd edib. Onun fikrincə, separatçıların qondarma rejimin burada qondarma dövlət qurmasında, sosial-iqtisadi inkişaf, xarici siyasət məsələlərində də Rusiya önəmli rol oynayır.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et