Modern.az

Fransadakı səfirliyimiz soydaşlarımıza müraciət etdi

 Fransadakı səfirliyimiz soydaşlarımıza müraciət etdi

Təhsil

14 Noyabr 2015, 20:20

 

Parisdə baş vermiş terror aktları ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.  Modern.az saytı xəbər verir ki, müraciətdə bildirilir ki, 13 noyabrda Parisdə baş vermiş terror aktları nəticəsində hansısa həmvətənimizin zərər çəkib-çəkməməsi araşdırılır: "Həmvətənlərimizin zərər çəkməsi barədə kiminsə hər hansı məlumatı varsa, dərhal Azərbaycanın Fransadakı səfirliyinə telefonla müraciət etməsi xahiş olunur. 01 44 18 60 20 / +33 1 44 18 60 20 və ya Facebook səhifəmizə yazsın : //www.facebook.com/azambassade.fr/".       

Qeyd edək ki, bundan əvvəl Parisdə baş vermiş terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmadığı barədə məlumat verilib.

Qeyd olunub ki, zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdirilir.  

 

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et