Modern.az

Nazirlikdə Nardarandakı atışmada ölənlərlə bağlı məlumat yoxdur - AÇIQLAMA

Nazirlikdə Nardarandakı atışmada ölənlərlə bağlı məlumat yoxdur - AÇIQLAMA

Təhsil

26 Noyabr 2015, 15:31


Səhiyyə Nazirliyində Nardaranda dindarlarla polis arasında baş verən insidentdə ölənlər haqqında məlumat yoxdur. Bu barədə nazirliyin mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, insident zamanı yaralanan 3 nəfər 3 saylı klinik xəstəxanaya yerləşdirilib, onlar nəzarət altındadır.

Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Hacı Taleh Bağırzadə və bir neçə tərəfdarının həbs edildiyi bildirilir.

Aytən ZƏHRA        

 
Twitter
Sizə yeni tvit var
Keçid et