Modern.az

Nardaranda son durum - meydanlar boşaldıldı, barrikadalar söküldü

Nardaranda son durum - meydanlar boşaldıldı, barrikadalar söküldü

Təhsil

30 Noyabr 2015, 09:10

 

Ölkəni həyəcanda saxlayan hadisələr sönməyə üz tutur; Kənd ağsaqqallarının toplantısında yekun qərar verildi; sakinlər işıq, su məsələsini həll edəcəyinə, yollardakı postların götürüləcəyinə ümid edirlər; Məşədi Natiq: “Məsələ dinc yolla həllini tapmalıdır...” 

Neçə gündür ölkəni gərginlikdə və həyəcanda saxlayan Nardaran hadisələri ətrafında xoşagəlməz proseslər nəhayət ki, səngiməyə üz tutmaqdadır. Dünən kəndin “Hüseyniyyə” məscidində vəziyyətlə bağlı keçirilmiş toplantı hər halda belə söyləməyə əsas verir. 

Musavat.com-un operativ məlumatlarının xronikasından görünür ki, toplantıda xeyli sayda sakin iştirak ediblər.

Çıxış edən Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov məsələnin dinc yolla həll olunması təklifini verib. Bu məqsədlə o, hazırda “İmam Hüseyn” meydanın boşaldılması və meyitlərin alınması təşəbbüsünü irəli sürüb: “Bu mənim təklifimdir. Dinc yolla həll edək. Ölülərimizi alaq. Dəfn edək. Biz birik, birliyik. Bu kəndin birliyini heç kim poza bilməz. Qərarımız bir olsun”.

Məsciddə digər ağsaqqalların, dindarların fikirləri də dinlənilib.

Onlar da çıxışlarında deyiblər ki, hökumətin təklifi dəyərləndirilməlidir. Çıxışçıların sözlərinə görə, hökumətdən gələn təklif “İmam Hüseyn” meydanın boşaldılması və bundan sonra cənazələrin geri qaytarılmasıdır.  Bildirilib ki, meyitlər verildikdən sonra 5 nəfər kənd ağsaqqalı hökumət nümayəndələri ilə danışığa gedəcək. “İmam Hüseyn” meydanının boşaldılmasnın ardınca ağsaqqallar hökumətin işıq, su məsələsini həll edəcəyini, yollarda qurulan postların götürüləcəyinə ümid edirlər. 

Müzakirələrin sonunda yekun qərar verilib, meydan boşaldılıb, qəsəbənin mərkəzində qurulmuş çadır sökülüb, sakinlərin böyük əksəriyyəti evlərinə dağılışıb. Lakin bir neçə nəfər hökumətin danışıqlarda necə mövqe göstərəcəyindən ehtiyatlanır. Onlar bu danışıqlara heç kimin qaranti verməməsindən narahatdırlar. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et