Saatlı rayonunda bədbəxt hadisə baş verib. Modern.az saytı xəbər verir ki, 18 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1997-ci il təvəllüdlü Könül Balaşirin qızı Rəhmanova yaşadığı evdə ov tüfəngi ilə ehtiyatsız davranaraq özünə atəş açıb. Yaralı aldığı ağır bədən xəsarətləri ilə dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Anspress-in məlumatına görə, xəstəxanadan qarın nahiyəsindən güllə yarası alan qızın üzərində cərrahiyyə əməliyyatı aparıldığını, hazırda vəziyyətinin ağır olduğunu bildiriblər. Özünü güllələyən qız isə nişanlı olub.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Artıq polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan “TOZ-63” markalı tüfəng götürülüb.
Modern.az