Modern.az

Bayram günü ər arvadına 9 bıçaq vurub

  Bayram günü ər arvadına 9 bıçaq vurub

Təhsil

31 Dekabr 2015, 22:32


Şirvanda bıçaqlanma hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 17.00 radələrində Şirvan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynova Xanpəri Xanoğlan qızı həyat yoldaşı, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Əsədov Aslan Yaşılxan oğlu tərəfindən bıçaqlanıb. 9 bıçaq zərbəsi alan 21 yaşılı qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.  

Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə cərrahiyyə əməliyyatına götürülüb.   A.Əsədov hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hazırda məhkəmədə onların boşanma məsələsinə baxılır.  

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et