Modern.az

Stadionun dam örtüyü uçub

 Stadionun dam örtüyü uçub

Təhsil

3 Yanvar 2016, 20:26

 

2014-cü ildə ölkə başçısının da açılışında iştirak etdiyi Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağı uçub. Modern.az saytı xəbər verir ki, stadionun çardağının uçmasına səbəb güclü qar çovqunu olub. 1500 yerlik tribunanın çardağı tamamilə uçub.

Beyləqan Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Telman Məsdanov APA-ya stadionun dekabrın 25-dən təmirə dayandırıldığını deyib.

“Beyləqan şəhər stadionu uzun illər baxımsız vəziyyətdə olub. 2014-cü ilin iyun ayında daxili imkanlar hesabına təmir işləri aparıldı. Ötən ilin sonunda dam örtüyündə yaranan nasazlıq səbəbindən, yenidən təmir işlərinə başlandı. Ötən gün axşam saatlarında isə qar çovğunu dam örtüyünün uçmasına səbəb olub. Fəsadları aradan qaldırırıq , yenidən təmir işləri aparılır”, - deyə o bildirib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et