Modern.az

Yəməndə husilər ciddi məğlubiyyətə uğradılar

Yəməndə husilər ciddi məğlubiyyətə uğradılar

Təhsil

7 Yanvar 2016, 13:23


Vətəndaş müharibəsinin davam etdiyi Yəməndə prezident Əbu Rəb Mənsur Xalinin tərəfdarları husiləri məğlub edərək Qırmızı dəniz sahilində yerləşən strateji Maydi limanını ələ keçiriblər.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən şəhər husilər üçün silah daşımalarında əsas mərkəz rolunu oynayırdı. Maydinin alınmasında Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya da önəmli rol oynayıb.

Şəhər bir neçə il idi ki, husilər və eks-prezident Əli Abdulla Salehin tərəfdarlarının nəzarətində idi.  

Yəməndə ötən ilin martından başlayan vətəndaş müharibəsi azı 12 min insanın həyatına son qoyub.    

Vüqar İsmayılov 

 
Twitter
Sizə yeni tvit var
Keçid et