Modern.az

Azərbaycan ilk dəfə optimist üzrə Avropa çempionatına qatılacaq - FOTOLAR

Azərbaycan ilk dəfə optimist üzrə Avropa çempionatına qatılacaq - FOTOLAR

Təhsil

7 Yanvar 2016, 13:30

 

Azərbaycan ilk dəfə optimist üzrə Avropa çempionatında iştirak edəcək. Modern.az xəbər verir ki,  2016-cı ilin yay aylarında Yelkənli İdman növünün olimpiya siniflərindən biri olan optimist qayıqları üzrə İtaliyada Avropa Çempionatı keçiriləcək.

Çempionatda ilk dəfə olaraq, ölkəmizin idmançılarıda yarışçılar arasında yer alacaqlar.

Məhz bu səbəbdən, Azərbaycan Yelkənli İdman Federasiyasının Optimist sinfi üzrə yığma komandasına yeniyetmə idmançılarımız Avropa Çempionatına hazırlıq məqsədi ilə təlim və məşqləri Türkiyənin Bodrum şəhərində keçirilir.

Yanvarın 2 və 10-da 8 oğlan və 2 qızdan ibarət, ümumi 10 idmançımızın iştirak edəcəyi “Optimist & Laser” adlı təlim düşərgəsi və reqatası, Azərbaycan Yelkənli İdman Federasiyasının Yelkənli idman koordinatoru Burcu Algon Giorgianni və məşqçilərin nəzarəti altında keçirilir.

Yarışda iştirak edəcək idmançılarımızın siyahısını sizlərə təqdim edirik: Selcan ABBAS 
Bengisu MUSAYEVA
Cavid KƏRİMOV
İsmail KƏRİMOV
Murad ALLAHVERDİ
Razim QAFAROV
Fərid MƏMMƏDZADƏ
Murad İSMAYILOV
Rafiq ORUCOV
Fəqan MƏMMƏDZADƏ 

Bütün idmançılarımıza və texniki heyətə uğurlar arzu edirik. 

www.sailing.az

www.facebook.com/sailingaze 

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et