Modern.az

İtaliyada partlayıcı qurğu zərərsizləşdirildi

İtaliyada partlayıcı qurğu zərərsizləşdirildi

Təhsil

7 Yanvar 2016, 17:59


İtaliyanın Peruca şəhəri yaxınlığında polis partlayıcı qurğunu zərərsizləşdirib.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, paslanmış mıx, gübrə və batareyalardan ibarət partlayıcı qurğu xüsusi vasitələrlə məsafədən partladılıb.  

Bildirilir ki, qurğu İtaliyanın ən böyük 4 bankından biri sayılan Etruria bankının yaxınlığında quraşdırılıb.  

Sonuncu dəfə həmin bank 12,5 min müştərisinin əmanətlərini itirdiyi iflas paketi ilə vətəndaşların narazılığını qazanmışdı.    

Vüqar İsmayılov 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et