Modern.az

İlham Əliyev Rusiya-Türkiyə münasibətlərindən danışdı

İlham Əliyev Rusiya-Türkiyə münasibətlərindən danışdı

Təhsil

10 Yanvar 2016, 15:49


“Keçən il Rusiya və Türkiyə münasibətləri gərginləşib. Hər iki ölkə Azərbaycanla yaxın qonşudur və vəziyyət arzuedilən deyil”.

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsi də ölkəmizi narahat edir:

“Bu vəziyyət müsəlman aləmində baş verən hadisələrə təsir göstərir”.

Prezident İlham Əliyev deyib ki, 2015-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran vəzifələr icra olunub:

“Ötən il mən 20 ölkəyə, 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et