Modern.az

Türkmənistanda pul QITLIĞI: Maaş əvəzinə QOYUN verirlər

Türkmənistanda pul QITLIĞI: Maaş əvəzinə QOYUN  verirlər

Təhsil

15 Yanvar 2016, 17:24

Kəskin valyuta çatışmazlığı ilə üzləşən Türkmənistanda bir çox dövlət müəssisələri maaşları verə bilmir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət şirkəti olan “Türkmənmalları”da işçilərin maaşları əvəzinə qoyun və qoçlar verilir.  

Yerli sakinlərin sözlərinə görə, bu sxem 270 türkmən manatının 1 qoyuna bərabər olması üzərində qurulub.  

Şirkətin işçiləri nəğd maaşların verilmədiyi üçün qoyunları götürməli olduqlarını deyib.

Onlar bəziləri qoyunları bazarda pulla satırlar.  

Vüqar İsmayılov    

 
Twitter
Sizə yeni tvit var
Keçid et