Modern.az

7 aydır itkin düşən polisin meyiti tapıldı

7 aydır itkin düşən polisin meyiti tapıldı

Təhsil

18 Yanvar 2016, 11:30


İsmayıllı rayonunda itkin düşən keçmiş polis əməkdaşının meyiti tapılıb.

AzVision.az-ın məlumatına görə, 63 yaşlı Nəsirov Bəxtiyar Mirzəbəy oğlunun cəsədi bir neçə gün öncə Göyçay rayonunda, su kanalında aşkar edilib. Ailəsi tapılmadığı üçün o, Göyçay Bələdiyyəsi tərəfindən dəfn edilib. 

Keçmiş polis əməkdaşının yaxınları hadisədən bu gün xəbər tutublar. 

Qeyd edək ki, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 5 saylı ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Nəsirov Bəxtiyar Mirzəbəy oğlu ötən il mayın 1-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.  Onun ailə üzvləri Bəxtiyar Nəsirovun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları tərəfindən 7 aydır ki, beş övlad atası olan Bəxtiyar Nəsirovun tapılması üçün həyata keçirilən axtarış tədbirləri hələ ki, bir nəticə verməyib.

B.Nəsirov təqaüdə çıxan serjantı olub.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et