Modern.az

“Azərbaycan İŞİD-lə bağlı ayıq-sayıqlığı qorumalıdır”

“Azərbaycan İŞİD-lə bağlı ayıq-sayıqlığı qorumalıdır”

Təhsil

18 Yanvar 2016, 15:39


Əsası bir neçə il bundan öncə qoyulan və bütün ölkələr üçün təhlükəyə çevrilən “İslam dövləti” (İŞİD) terror qruplaşması tərəfindən bu gün bir sıra dövlətlərdə terror hadisələri törədilir.

Xüsusilə Paris və Türkiyədəki son terror aktları dünya mətbuatının gündəmini zəbt etmişdi. Azərbaycandan da İŞİD sıralarına qoşulmaq üçün yüzlərlə insan Suriya və İraqa gedib. İstisna deyil ki, onları həvəsləndirən və İŞİD-lə əlaqələndirən hansısa qruplar Azərbaycanda gizli fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları tərəfindən bu kimi hallara qarşı mübarizə aparılır və indiyə kimi bir sıra ədstələt ifşa edilib. Bu mübarizə fonunda İŞİD-in digər ölkələr kimi Azərbaycanda da terror törədə bilməsi ehtimalı hamını düşündürür. Belə bir zamanda Azərbaycana təhlükə hardan gələ bilər və insanlar nəyə diqqət yetirməlidirlər?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda İŞİD-in teror aktı törətməsi tamamilə mümkündür.

“Türkiyədə baş verən terror hadisələrinə o qədər uyğunlaşmışıq ki, artıq hər səhər orada nəsə bir olayın baş verəcəyini gözləyirik. Türkiyə istər beynəlxalq terrorizm, istər İŞİD, istərsə də PKK-nın seşdiyi hədəfdir. Türkiyənin dövlət olaraq yükü qat-qat ağırdır və beynəlxalq aləmdə oynadığı rol başqa cürdür.

Azərbaycandan da İŞİD-ə qoşulan, orada ölənlər və ya sağ qalanlar var. Eyni zamanda, həbs olunanlar və olunmayanlar da var. Tamamilə mümkündür ki, onlar Azərbaycanda hansısa terror aksiyası törətsinlər. Amma bu gün ona zəmin yoxdur. Bu gün Azərbaycanda dindarların siyasi iddialar irəli sürməsi halları yoxdur”.

İ.İsmayıl qeyd edib ki, Azərbaycan hələlik İŞİD və ya başqa teror təşkilatlarının hədəfinə çevrilməyib.

“Terror elə şeydir ki, bundan heç kim sığortalanmayıb. Ona görə də hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu sahəyə nəzarət edir. Buradakı əməliyyat şəraitini nəzərə alırlar və bilirlər ki, belə şey mümkündür. Amma ayıq-sayıqlıq həmişə olmalıdır. Terror təşkilatları, xüsusilə İŞİD həddindən artıq qəddarlıqla anılır. Ona görə ayıq-sayıqlığı əldən vermək olmaz. Amma insanların bu təhlükə ilə hər gün sağ-sola baxmaları onlarda psixi pozuntular yarada bilər. Terrora qarşı mübarizə ilə dövlət qurumları məşğuldur. Sadəcə, insanların sıx toplandığı məkanlarda diqqət yetirilməsi vacibdir”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et