Modern.az

SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvləri ilə görüşdü

SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvləri ilə görüşdü

Təhsil

18 Yanvar 2016, 18:21


Keçən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvlərinin bir qrupu yanvarın 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində olublar. SOCAR-ın vitse-prezidentləri Rəhman Qurbanov, Xalik Məmmədov və Bədəl Bədəlov itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşüb, aparılan axtarış işləri barədə onlara ətraflı məlumat veriblər.

SOCAR-ın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüşdə itkin düşənlərin ailə üzvlərinin arzu və istəkləri dinlənilib, onların bütün sualları cavablandırılıb.

Qeyd olunub ki, son cəsədlərin tapıldığı Xəzər dənizinin Türkmənistan sektorunda axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı dövlətlərarası razılığın əldə olunması istiqamətində zəruri olan müvafiq tədbirlər həyata keçirilir. İtkin düşən neftçilərin ailə üzvlərinin xahişi nəzərə alınaraq yanvarın sonunda onlarla daha bir görüşün keçirilməsi qərara alınıb.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et