Modern.az

Xəzərdə qalan 3 balıqçı xilas edilib

Xəzərdə qalan 3 balıqçı xilas edilib

Təhsil

20 Yanvar 2016, 09:51


Dövlət Sərhəd Xidmətinin (DSX)  sərhəd gözətçi gəmiləri, texniki-müşa­hidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nə-zarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini davam etdirirlər.

DSX-nin mətbuat mərkəzindən Modern.az-a verilən məlumata görə, 16 yanvar 2016-cı il tarixdə, saat 18:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Mayak” sahil nəzarəti məntəqəsinə bir ədəd qayığın 3 nəfər balıqçı ilə birlikdə dənizdən qayıtmadığı barədə məlumat daxil olub.  

Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində texniki nasazlıq səbəbindən sahildən 3,8 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib.  

Neftçala rayon Kürkənd kənd sakinləri Əhmədov Taleh Hacıbala oğlu, Şirəliyev İxtiyar Şirəli oğlu və Ağacanov Bəxtiyar Əsəd oğlu saat 00:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.  

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et