Modern.az

Güclü külək Daşkəsəndə evlərin damını uçurub - FOTOLAR

Güclü külək Daşkəsəndə evlərin damını uçurub - FOTOLAR

Təhsil

20 Yanvar 2016, 15:23

Daşkəsən rayonu ərazisində 19 yanvar 2016-cı il tarixdə saat 22-30 radələrində baş vermiş təbii fəlakət  - 31 m/san sürətlə əsən güclü qarla müşayiət olunan külək nəticəsində çoxmərtəbəli yaşayış və inzibati binaların dam örtüklərinə və rayonun elektrik təsərrüfatına  ziyan dəyib.

  Modern.az xəbər verir ki, güclü külək Daşkəsən şəhəri S.Vurğun küçəsində yerləşən 2 mərtəbəli, 12 mənzilli  16 nömrəli yaşayış  binasının dam örtüyünü  tamamilə uçurub, taxta konstruksiyalarla birlikdə  binanın üstündən kənara atıb.  

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirib və sakinlərlə görüşüb. Baş vermiş təbii fəlakətin nəticələrinin  tez bir zamanda daxili imkanlar hesabına aradan qaldırılması istiqamətində Rayon İcra Hakimiyyətinin başçısı öz tapşırıqlarını verib, bu barədə aidiyyəti üzrə yuxarı orqanlar qarşısında məsələ qaldırılıb.

Baş vermiş təbii fəlakət nəticəsində xəsarət alan yoxdur.





Modern.az    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et