Modern.az

İlham Əliyev Davosa gedib

İlham Əliyev Davosa gedib

Təhsil

20 Yanvar 2016, 19:14


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrəyə işgüzar səfər edib. 

Modern.az xəbər verir ki, yanvarın 20-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun ənənəvi illik toplantısı öz işinə başlayıb. “Dördüncü sənaye inqilabının mənimsənilməsi” şüarı altında təşkil edilən toplantıda qlobal təhlükəsizlik, miqrasiya, müasir İpək Yolu və digər məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Dünyanın 100-dən artıq ölkəsindən dövlət başçılarının, yüksək çinli dövlət və hökumət, qeyri-hökumət təşkilatları təmsilçilərinin qatılacaqları tədbirdə 2500-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Son vaxtlarda dünyanın müxtəlif ölkələrində baş verən terror aktlarını nəzərə alaraq, İsveçrə tərəfi minlərlə hərbçini və polisi beynəlxalq tədbirin təhlükəsizliyinin təmin olunmasına cəlb edib.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et