Modern.az

Azərbaycan Prezidenti ukraynalı həmkarı ilə görüşüb

 Azərbaycan Prezidenti ukraynalı həmkarı ilə görüşüb

Təhsil

22 Yanvar 2016, 22:16

 

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Davosda Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşüb. Modern.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib.

Ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.  

Modern.az

   
Twitter
Sizə yeni tvit var
Keçid et