Modern.az

Keçmiş əri tərəfindən döyülən qadın xəstəxanaya düşüb

 Keçmiş əri tərəfindən döyülən qadın xəstəxanaya düşüb

Təhsil

23 Yanvar 2016, 23:57

 

Keçmiş əri tərəfindən döyülən qadın xəstəxanaya düşüb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncədə baş verib. Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Tünzalə Məmmədova bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qadına dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

M əlumata görə, qadın boşandığı əri və onun ikinci həyat yoldaşı tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et