Modern.az

Regionlarda iş yerlərinin açılması nəzərdən keçirilir

Regionlarda iş yerlərinin açılması nəzərdən keçirilir

Təhsil

26 Yanvar 2016, 13:18


“İlkin hesablamalara əsasən 6 ay müddətində ictimai işlərə cəlb olunma yolu ilə ayrı-ayrı regionlarda 200-300 iş yerinin açılması nəzərdən keçirilir”.

Modern.az saytı xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki,: “Dövlət başçısı tərəfindən bununla bağlı tapşırıqlar verilib”. 

Nazir eyni zamnda qeyd edib ki, “ARDNŞ və “Azəriqaz” istehsalat müəssisəsi ilə birlikdə geniş müşavirə keçiriləcək:

“Ölkənin ayrı-ayrı yerlərində iş yerlərinin açılması prosesinə start veriləcək.

Digər dövlət qurumları ilə də belə görüşlər keçiriləcək, vakant iş yerləri doldurulacaq”.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et