Modern.az

“Şərəfli keçmişi olan Müsavat dəftəri ADR üçün qapanıb” - Qubad İbadoğlu

 “Şərəfli keçmişi olan Müsavat dəftəri ADR üçün qapanıb” - Qubad İbadoğlu

Təhsil

30 Yanvar 2016, 21:13

 

“Müsavat Partiyasının son rəhbərliyi ilə keçmiş və hazırki sıravi müsavatçılar arasında cərəyan edən məhkəmə prosesinin cəmiyyətə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı - Müsavat Partiyası çəkişməsi kimi təqdim edilməsi ilə bağlı ADR hərəkatının rəhbəri kimi aşağıdakıları bildirməyi özümə borc bilirəm. Ümid edirəm ki, bilərəkdən yanlış informasiya yayaraq ictimaiyyəti aldadan bəzi partiya təmsilçiləri və mətbu orqanlar bundan lazımı nəticə çıxaracaqlar”. Modern.az saytı xəbər verir ki, bunu hazırda ABŞ-da yaşayan  Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri iqtisadçı Qubad İbadoğlu bildirib.

Q.İbadoğlu bildirib ki, ADR Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən, Müsavatı məhkəməyə verməyib: “Biz gələcəyə baxırıq, amalımız demokratik, azad və müstəqil Azərbaycandır. Çox təəssüf ki, hazırkı rəhbərliklə təmsil olunan Müsavat Partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə bizim mübarizəmizin vizyonundan kənardadır. Müsavat Partiyası təmsilçilərinin məhkəmədə və mətbuatda bu məhkəməni ADR Hərəkatı ilə bağlamaq cəhdləri həqiqi müsavatçıların partiyadan kənarlaşdırılmasına, partiyadaxili demokratiyanın pozulmasına yanlış hüquqi və siyasi don geyindirmək cəhdinin təzahürüdür. ADR Hərəkatının rəhbərliyi müxtəlif partiyaları təmsil edən üzvlərinin şəxsi qərarlarına hörmətlə yanaşır və belə məsələlərə qarışımır. Mənim şəxsi mövqeyimə gəlincə, Müsavatın hazırki qeyri-legitim rəhbərliyi ilə mübarizənin hakimiyyətin nəzarətində olan müstəvidə aparılmasını məqbul hesab etmirəm, inanıram ki, vaxt gələcək, onlara ən böyük divanı tarix quracaq.  Unutmayın ki, keçmişlə uğraşanın gələcəyi olmaz! Şərəfli keçmişi olan Müsavat dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır!”

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et