Modern.az

Xaçmazda mənzildən qadın meyiti tapılıb

  Xaçmazda mənzildən qadın meyiti tapılıb

Təhsil

30 Yanvar 2016, 21:37

 

Bu gün axşam saatlarında Xaçmaz şəhərində fərdi yaşayış evində qadın meyiti tapılıb. Modern.az saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumata əsasən, 1942-ci il təvəllüdlü Pənahova Gülxanım Həmid qızı bağlı qapı arxasında qalıb. Dərhal nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və G.Pənahovanın meyitini aşkar edib. Qadının cəsədi aidiyyəti üzrə təhvil verilib.  

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et