Modern.az

Cəlal Əliyevlə vida mərasiminin vaxtı və dəfn yeri məlum oldu

Cəlal Əliyevlə vida mərasiminin vaxtı və dəfn yeri məlum oldu

Təhsil

1 Fevral 2016, 10:50

 

Xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev dünyasını dəyişib.

Bu gün saat 14:00-da AMEA-nın Əsas binasında görkəmli alimlə vida mərasimi keçiriləcək. Mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə AMEA-dan Modern.az-a məlumat verilib.  

Artıq bununla bağlı binada hazırlıq işlərinə başlanılıb.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et