Modern.az

Xərçənglə bağlı qorxulu PROQNOZ: Siyahıda Azərbaycan da var

Xərçənglə bağlı qorxulu PROQNOZ: Siyahıda Azərbaycan da var

Təhsil

1 Fevral 2016, 19:15

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, yaxın bir neçə ildə qeyri-infeksion xəstəliklər, o cümlədən ürək-damar və xərçəng xəstəliklərinə tutulma daha çox narahatçılıq doğuracaq.

Məlumata əsasən, 2025-ci ilədək dünyada 20 milyon insan xərçəngə yoluxacaq. Yeni yoluxanların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng faktı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.

Səhiyyə Nazirliyindən Modern.az saytına bildiriblər ki, dünya ictimaiyyətinin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb etmək məqsədilə fevralın 4-nü Dünya Xərçəng Günü kimi qeyd edilir. Dünya Xərçəng Gününün qeyd edilməsində əsas məqsəd dünya ölkələrinin diqqətini aktuallığı hər il artan bu ictimai səhiyyə probleminə cəlb etmək və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.

Dünya Xərçəng Günü ilə bağlı maarifləndirmə tədbirlərinə başlanılıb. Qeyd edək ki, Azərbaycanda əsasən ağciyər xərçəngi, yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi və prostat vəzi xərçənginə rast gəlinir. Ona görə xəstəliyin yayılma və profilaktikası ilə bağlı ictimaiyyət məlumatlandırılır.

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı çoxalıb. Modern.az saytı xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatında bildirilib ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 40 minə yaxındır.

Aytən Zəhra

Twitter
Sizə yeni tvit var
Keçid et