Modern.az

Əli Həsənov Qubada görüş keçirir – FOTO

Əli Həsənov Qubada görüş keçirir – FOTO

Təhsil

2 Fevral 2016, 11:52

 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Quba şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilir.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Bəşir Səfəroğlu adına mədəniyyət evində təşkil olunan tədbirdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı İlham Əliyevin nitqindən irəli gələn vəzifələr müzakirə edilir.

Görüşdə Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et