Modern.az

Tovuzda avtomobil hamamın üstünə düşüb

 Tovuzda avtomobil hamamın üstünə düşüb

Təhsil

2 Fevral 2016, 22:43

 

Tovuzda yoldan çıxan avtomobil kənd sakininin həyətinə düşüb. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, hadisə Tovuz-Böyük Qışlaq avtomobil yolunun Əsrik Cırdaxan kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini, 53 yaşlı İsmayıl Məhərrəmov “Niva” markalı avtomobillə Tovuz şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın yol kənarındakı həyətə açıb. Həyətdəki evə bitişik hamamın üstünə yivarlanan avtomobil yararsız hala düşüb. Ağır xəsarətlər alan sürücü İsmayıl Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et