Modern.az

Naxçıvanın səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçib

 Naxçıvanın səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçib

Təhsil

16 Fevral 2016, 23:34

 

Naxçıvan Muxtar Respublikasında epidemioloji vəziyyətə nəzarət etmək məqsədilə qabaqlayıcı profilaktik tədbirlər görülüb. Modern.az saytı xəbər verir ki, səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçib. 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, ərazi Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrində, ictimai-iaşə obyektlərində, əhalinin daha sıx olduğu ictimai yerlərdə, məişət tullantı meydançalarında, həmçinin su anbarlarında, su təchizatı qurğularında müntəzəm dezinfeksiya və dezinseksiya işləri aparılıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et