Modern.az

Bakı Ali Neft Məktəbində “donuz qripi”nə qarşı dezinfeksiya - FOTO

Bakı Ali Neft Məktəbində “donuz qripi”nə qarşı dezinfeksiya - FOTO

Təhsil

17 Fevral 2016, 12:03

Bakı Ali Neft Məktəbində (BANM) qrip xəstəliyi təhlükəsinə qarşı dezinfeksiya işləri aparılıb. Ali Məktəbdə dezinfeksiya işləri SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri tərəfindən həyata keçirilib. BANM-in əməkdaşları və tələbələri üçün Mərkəzin müdir müavini Arzu Namazova və Mərkəzin həkimləri tərəfindən “Qrip xəstəliyinin yoluxma yolları, simptomları, müalicəsi və profilaktikası” mövzusunda mühazirələr oxunub.

Qeyd edək ki, son zamanlar dünya ölkələrində  qrip xəstəliyi nəticəsində ölənlərin sayı artdığından, xüsusilə Azərbaycanla həmsərhəd olan qonşu ölkələrdə "donuz qripi"nin yayılması ilə əlaqədar olaraq Azərbaycanın bir sıra müəssisələrində bu xəstəliklə bağlı profilaktik tədbirlərin keçirilməsi gücləndirilib.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et