Modern.az

Koordinatordan Xəzər Tranzit koridoru ilə bağlı AÇIQLAMA

Koordinatordan Xəzər Tranzit koridoru ilə bağlı AÇIQLAMA

Təhsil

17 Fevral 2016, 12:16


“Tranzit yükdaşınması üçün Xəzər Tranzit koridoru ən ucuz və sərfəli dəhlizdir”.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Xəzər Strateji İnstitutunun (HASEN) strategiya və siyasət koordinatoru Rüçhan Kaya bildirib.

Onun sözlərinə görə, Xəzər Tranzit koridoru hələ də tam potensialı ilə fəaliyyət göstərmir:   "Xəzər tranzit koridorunun tam effektiv istifadə olunması Avropa və Çin arasında ticarətə, həcminin artırılmasına da müsbət təsir etmə imkanına sahibdir".  

Koordinator deyib ki, Xəzər Tranzit koridorunun tam olaraq istifadə edilməsi həm Azərbaycanın, həm də bölgə ölkələrinin iqtisadi rifahına təkan verə bilər.

R.Kaya hesab edir ki, Bakı-Tiflis-Qars dəmir yol xəttinin tamamlanması ilə Xəzər Tranzit Koridoru yüklərin Türkiyədən Orta Asiya bazarlarına daşınmasında vaxta xeyli qənaət ediləcək.    

Ağa AKİFOĞLU  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et