Modern.az

Bakı aeroportunda Türkiyə vətəndaşı saxlanıldı

Bakı aeroportunda Türkiyə vətəndaşı saxlanıldı

Təhsil

17 Fevral 2016, 13:05


Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn Türkiyə vətəndaşı Demir Selami gömrük nəzarətindən keçərkən hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan o müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlamaya dəvət olunub.

Bu barədə Dövlət Gömrük Komitəsindən Modern.az-a məlumat verilib.  

Demir Selaminin üzərində yoxlama aparılarkən əynindəki göy rəngli şalvarın sağ qabaq cibindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı və elektron formada bəyan olunmayan hər biri 100 ABŞ dollar nominalında 50 ədəd pul əskinasları, cəmi 5000 ABŞ dollar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.  

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et