Modern.az

Elçin Behbudovun qardaşı saxlanıldı

Elçin Behbudovun qardaşı saxlanıldı

Təhsil

19 Fevral 2016, 15:16

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun qardaşı saxlanılıb. Modern.az saytına daxil olan məlumata görə, Eldar Behbudov qatarda bələdçi işləyib.

O, özünü polis əməkdaşı kimi təqdim edərək müəyyən məbləğ müqabilində insanları işə düzəldəcəyinə dair təminat verirmiş. Hadisə bir neçə dəfə təkrar olunduğundan hüquq-mühafizə orqanları onun izinə düşüb.

Yaxınlarının verdiyi məlumata görə E.Behbudov Yasamal Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda istintaq tədbirləri həyata keçirilir.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et