Modern.az

Paytaxtda müəlliməni döydülər

Paytaxtda müəlliməni döydülər

Təhsil

25 Fevral 2016, 20:29

 

Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib. Modern.az saytı teleqraf.com-a istinadən xəbər verir ki, insident N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb.

Həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəmnində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb. Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır. 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et