Modern.az

Rusiyada mədən çökdü - dağıntılar altında qalanlar var

 Rusiyada mədən çökdü - dağıntılar altında qalanlar var

Təhsil

25 Fevral 2016, 22:32


Rusiyanın Vorkuta şəhərində “Şimal” dağ zərbəsindən şaxta dondurulub. Modern.az saytı Anspress-ə istinadən xəbər verir ki, hadisədən sonra şaxtanın içərisində olan fəhlələrlə əlaqə kəsilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, şaxtada 105 nəfər olub. Onlardan təxminən 60 nəfəri dərhal xilas edilib.

Qalanları yavaş-yavaş xilas edilsə də, 8-dən xəbər yoxdur.

Ərazidə Fövqəladə Hallar Nazirliyinin 4 şöbəsi fəaliyyət göstərir. Şaxtada işlər dayandırlıb. Hazırda xilasedicilər içəridə qalan 8 nəfərin xilasetməsinə çalışırlar.

Analoji hadisə ötən il Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətindəki şaxtada da baş verib. Belə ki, şaxtada baş verən partlayış nəticəsində 10 nəfər ölüb. Bu barədə yerli hakimiyyət orqanları açıqlama yayıb. Məlumata görə, 56 nəfər hadisə yerindən təxliyə edilib. Xilasedicilərin məlumatına görə,  dağıntılar altında 3 nəfər qalıb. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et