Modern.az

Xəzədə tapılan meyit itkin neftçilərdən biridir

Xəzədə tapılan meyit itkin neftçilərdən biridir

Təhsil

26 Fevral 2016, 14:35


Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) Modern.az saytına bildirilib ki, ekspertlərin rəyinə əsasən, cəsədi tapılan şəxs SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğludur.

 O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

Məlumatda qeyd edilib ki, dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və 'Günəşli' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et