Modern.az

Qusarda FACİƏ: Ana 2 yaşlı körpəsi ilə dəm qazından öldü

Qusarda FACİƏ: Ana 2 yaşlı körpəsi ilə dəm qazından öldü

Təhsil

26 Fevral 2016, 15:28

Qusar rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhərində 27 yaşlı Vəliyeva Sevil Yaşar qızı və onun qızı, 2 yaşlı Aişə Vəliyevanın yaşadıqları evdə meyitləri tapılıb.

İlkin məlumata görə, ana və qızı dəm qazından boğulublar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et