Modern.az

“Yoxlamaların dayandırılması şikayətləri artırıb”-Ramiz Həsənov

“Yoxlamaların dayandırılması şikayətləri artırıb”-Ramiz Həsənov

Təhsil

26 Fevral 2016, 21:13

 

“Sahibkarların obyektlərində yoxlamaların dayandırılması şikayətlərin artmasına gətirib”. Modern.az saytı xəbər verir ki, bunu jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.  

"Yoxlamaların dayandırılması bəzi dirnaqarasi "sahibkarlar"ın sui-istifadəsinə gətirib çıxarıb, bu da şikayətlərin artmasına səbəb olub. Şikayətlər demək olar ki, bütün sahələrdən daxil olur”, - deyə komitə sədri qeyd edib.

R.Həsənov "Benzinin keyfiyyətinə dair şikayətlərin olub-olmaması haqqında" sualı şərh edərkkən bildirib ki, benzin əsasən ölkəyə idxal olunur: "Azərbaycana ən yüksək premium-klass idxal olunur. Söhbət keyfiyyət yox, kəmiyyətdən gedə bilər. Biz müntəzəm yoxlamalar aparırıq”.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et