Rusiya paytaxtı Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstə zərərsizləşdirilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yaşları 28-lə 39 arasında olan 3 azərbaycanlı reket və quldurluqla məşğul olurmuş.Onlar Tatarıstanın Naberejnı Çelnı şəhərində yaşayıblar və müntəzəm olaraq cinayət əməlləri üçün Moskvaya səfər ediblər. Dəstə Krasnoqorsk sakinin polisə müraciətindən sonra zərərsizləşdirilib.
Belə ki, bizneslə məşğul olan 39 yaşlı həyat yoldaşının oğurlandığını deyən qadın ərinin “Porşe Kayen” markalı maşınını və 150 min rubl məbləğində pulunu quldurlara verdikdən sonra onun azad edildiyini demişdi.
Həbs olunlar şəxslər barəsində Rusiya Cinayət Məcəlləsinin 91-ci maddəsi ilə cinayət işi açılıb.
Vüqar İsmayılov