Modern.az

Nemtsovun qətlinin 1 illiyində cinayətin sifarişçisi axtarışa verildi

Nemtsovun qətlinin 1 illiyində cinayətin sifarişçisi axtarışa verildi

Təhsil

27 Fevral 2016, 13:14

 

Rusiyali siyasətçi Boris Nemtsovun Kreml yaxınlığında muzdlu qatillər tərəfindən öldürülməsindən 1 il keçir.  

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qətlin əsas sifarişçisi hesab olunan Ruslan Muxudinov İnterpol xətti ilə axtarışa verilib.

Onun Birləşmiş Əmirliklərində gizləndiyi ehtimal olunur. Cinayətin içraçısı Ruslan Geremeyev isə hazırda məhkəmə prosesinin başlanmasını gözləyir.  

Boris Nemtsov 1990-cı illər Rusiya siyasətinin ən parlaq nümayəndələrindən biri olub. Nijni Novqorod vilayətinin qubernatoru və Rusiya baş nazirinin müavini kimi Yeltsinin komandasında çalışan siyasətçi bir ara Rusiya prezidentliyinə ən real namizəd hesab olunurdu.  

Boris Nemtsov Vladimir Putin hakimiyyərtinə qarşı ən müxalif olan siyasətçi kimi tanınırdı.


 

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et