Modern.az

Azərbaycanlı deputatın 6 dildə məqaləsi

Azərbaycanlı deputatın 6 dildə məqaləsi

Təhsil

28 Fevral 2016, 18:00

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar olaraq Millət vəkili Cavanşir Feyziyevin Türk, Serb, Urdu, Çin, Macar və Bosniya və Hersoqovina dillərində məqaləsi yayılıb. Modern.az xəbər verir ki, məqalədə Türk, Serb, Pakistan, Çin, Macar və Bosniya və Hersoqovinalı oxuculara Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib.

Deputat oz çıxışının sonunda Fransa parlamentini Xocali soyqırımını tanımağa çağırıb.

Məqalədə bildirilib ki, Xocalı qǝtliamı Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biridir. Lakin bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın yerləşdiyi geopolitik məkan və onun Qafqaz regionunda oynadığı rol kontekstində yanaşmaq onun əsl mahiyyətini və səbəblərini üzə çıxarmağa kömək edir. Əslində, Xocalı qətliamı ondan bir il əvvəl Sovet imperiyası tərəfindən Azərbaycanın paytaxtı Bakıda törədilmiş Qanlı 20 Yanvar faciəsinin davamı idi. Qafqazın itirilməsini heç cür qəbul edə bilməyən rus imperiyası bir il sonra Xocalı qətliamının törədilməsinə və bütövlükdə Qarabağın işğalına göstərdiyi həm mənəvi, həm də hərbi –siyasi dəstəklə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirdi. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. 

Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində “Xocalıya ədalət" beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması, Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasəti haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

 

Bu günə Xocalı faciəsinin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri və ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması “Xocalıya ədalət" kampaniyasının böyük uğurudur. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.

Məqalənin çap olunduğu dilləri aşağıdakı linklərdən izləyə bilərsiniz:

//volimpodgoricu.me/2016/02/26/ekskluzivno-godisnjica-hodzali-genocida-nepoznati-detalji-o-masovnom-pokolju-u-karabahu/

//yesiligdir.com/haber/detay/17413

//yenitrt.com/magyar/tersegi-hirek/2016/02/24/a-hocali-i-meszarlas-438616

//yenitrt.com/azerbaycan/proqram/2016/02/19/xocali-faciasi-435897

//www.trt.net.tr/chinese/guo-ji/2016/02/26/a-sai-bai-jiang-ji-nian-huo-jia-le-da-tu-sha-440204 

//www.trt.net.tr/urdu/dny/2016/02/28/hwjh-ly-qtl-m-khy-yd-myn-440690

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et