Modern.az

Nazirlər Kabineti Dəmir Yolları ilə bağlı gözlənilən qərarı vermir - RƏSMİ

Nazirlər Kabineti Dəmir Yolları ilə bağlı gözlənilən qərarı vermir - RƏSMİ

Təhsil

29 Fevral 2016, 13:55

Siyahıya daxil edilən 2840 obyektin hələ də sökülməməsi Azərbaycan Dəmir Yollarının işinə maneçilik törədir. Bu haqda

Modern.az saytına qurumun mətbuat  katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. O qeyd edib ki, təqdim edilən siyahıya Nazirlər Kabineti hələ də reaksiya vermir:

“Həmin obyektlərin saxlanması bizə mane olur. Çalışırıq ki, ərazidən keçərkən qatar müəyyən olunmuş sürət həddini aşağı salsın. Hər zaman hadisələrin baş verə biləcəyi ehtimalını yaşayırıq.

Həmin ərazidə təhlükəsizlik tədbirlərinin olmaması qatarların hərəkətinə mane olur. Bundan başqa qatar yolunun üzərinə çirkab suları axıdılır, məişət tullantıları atılır. Bütün bunlara baxmayaraq, biz işimizi görürük. Çünki, bu, bizdən yox, hökumətdən asılı olan məsələdir”.

Artıq neçə ildir qanunsuz tikilən evlərin siyahısı Nəqliyyat Nazirliyinə təqdim olunub.

Hökumət nə vaxt qərar versə, o vaxt köçürülmə və söküntü işlərinə başlanılacaq. Söhbət dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə ərazisində yerləşən qanunsuz tikililərdən gedir”.

Qeyd edək ki, siyahıda 2840 obyekt daxil edilib ki,, bunun da 883-ü təxirə salınmadan sökülməlidir. Söküləcək yerlərin siyahısında Keşlə qəsəbəsinin “Şanxay” deyilən ərazisi, Biləcəri və bəzi stansiyaların kənarları, Ağstafanın bəzi kəndlərinin adı da var.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et