Modern.az

Dilqəm Əsgərov ermənilərdən əfv istəməkdən imtina etdi

Dilqəm Əsgərov ermənilərdən əfv istəməkdən imtina etdi

Təhsil

1 Mart 2016, 10:19


İşğal altındakı Qarabağda qanunsuz olaraq ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan vətəndaşı Dilqəm Əsgərov ermənilərdən əfv istəməkdən imtina edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə onun “vəkili” Erik Beqlaryan məlumat verib.

Əsgərov separatçı Qarabağ rejiminin rəhbəri Bako Saakyandan heç bir halda əfv istəməyəcəyini deyib.

Xatırladaq ki, 2014-cvü il dekabrın 29-da Xankəndindəki qondarma məhkəmə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et