Modern.az

Eks-prezidentin qardaşı qətldə şübhəli bilinir

Eks-prezidentin qardaşı qətldə şübhəli bilinir

Təhsil

1 Mart 2016, 14:35

Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribenin qardaşı qətl ittiham ilə həbs olunub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, istintaq Santyaqo Uribeni 90-cı illərdə solçu qruplaşmalarla mübarizə aparmaq üçün “12 apostol” təşkilatını yaratmaqda ittiham edir.

Keçmiş polis işçisi verdiyi ifadələrində Uribenin yaratdığı dəstənin fermada edamlar həyata keçirdiyini deyib.

1994-cü ildə ölkənin şimalındakı Antokkio ştatında yaradılan silahlı dəstə polisə aylıq muzd ödəyirdi ki, onların qanunsuz fəaliyyətinə göz yumsun.  

Lakin həbsdə olan Santyaqo Uribe bütün ittihamları rədd edir.    

Vüqar İsmayılov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et