
Avropa Könüllülər Xidməti (EVS) Dağlıq Qarabağdakı separatçı qurumla qanunsuz əlaqələr qurub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təşkilatın almaniyalı könüllüsü Sel Vogel Dağlıq Qarabağa göndərilib.Ermənistanda 2 ay, Dağlıq Qarabğda isə 1 ay çalışacaq Vogel burada yerli sakinlərə ingilis və alman dillərindən təlimlər keçəcək.
Separatçı qurumda hesab edirlər ki, Sel Vogeldən sonra Avropa Könüllülər Xidməti regiona daha çox avropalı könüllü ezam edəcək.
Xatırladaq ki, Avropa Könüllülər Ximəti (EVS) 18-30 yaşı olan və yalnız Avropa Birliyi ərazisində yaşayan gəncləri müxtəlif ölkələrə qeyri-kommersiya məqsədi ilə, həmin ölkələr üçün ictimai fayda verəcək işlərə cəlb edir.
Könüllülər üçün xarici ölkələrdəki fəaliyyət müddəti 2 aydan 12 aya qədər davam edir.
Layihə 3 tərəfdən – könüllünü göndərən təşkilat, könüllünü həmən ölkədə qəbul edən təşkilat və könüllünün özündən ibarətdir.
Tərəflər arasında razılıq əldə edildikdən sonra Avropa Komissiyası layihəni maliyyəlşdirmək üçün onu gözdən keçirir. 80% halda Avropa Komissiyası könüllülərin sorğusunu qəbul edir.

Vüqar İsmayılov