Modern.az

Taleh Bağırzadənin məhkəməsi zamanı da həbslər olub

 Taleh Bağırzadənin məhkəməsi zamanı da həbslər olub

Təhsil

2 Mart 2016, 00:56

 

"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin məhkəməsi zamanı aksiya keçirmək istəyən bir qrup şəxs saxlanılıb. Modern.az saytı xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, fevralın 19-da Nəsimi Rayon Məhkəməsində Taleh Bağırzadənin məhkəmə prosesi zamanı 15-20 nəfər şəxs məhkəmənin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd göstərib.  

Aksiyaya təşəbbüs zamanı 9 nəfərin saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparıldığı, barələrində müvafiq sənədləşmə aparılaraq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərildiyi deyilir.   Saxlanılanların ad-soyadları barədə də musavat.com-a məlumat daxil olub. Onlardan Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Murad Şahin oğlu Qurbanov, 1993-cü il təvəllüdlü Lətif Xalid oğlu Cəfərli və əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəvan İlham oğlu İsmayılov inzibati qaydada həbs edilib.  

Digər saxlanılanlar 1969-cu il təvəllüdlü Səbuhi Yurik oğlu Səlimov, 1978-ci il təvəllüdlü Elnurə Rafiq qızı Zeynalova, 1964-cü il təvəllüdlü Həsən Abbas oğlu Mustafayev, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olmuş 1970-ci il təvəllüdlü Rövşən İsib oğlu Məhərrəmli, 1992-ci il təvəllüdlü Səxavət Ədalət oğlu Hüseynov və 1985-ci il təvəllüdlü Elçin Eldar oğlu Ağayev xəbərdarlıq edilərək sərbəst buraxılıblar. 

Xatırladaq ki, "Müsəlman Birliyi" Hərəkatının rəhbəri Taleh Bağırzadə 2015-ci ilin noyabr ayının 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et