Modern.az

Dünyanın ən varlı qadınları – SİYAHI

Dünyanın ən varlı qadınları – SİYAHI

Təhsil

2 Mart 2016, 10:49

“Forbes” dünyanın ən varlı qadınlarının adlarını açıqlayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, reytinqdə ilk sırada L'Oréal şirkətinin fransalı sahibi Lilian Bettankurdur. Onun var-dövləti 36,1 milyard dollar dəyərləndirilib.

İkinci sırada 32,3 milyard dollarla Elis Uoltondur. Wal-Mart Stores korporasiyasının sahibi bir il əvvəl varidatının həcminə görə yalnız 16-cı sırada idi.

Dünyanın ən varlı qadınları siyahısında üçüncü sırada amerikalı Jaklin Marsdır. Mars korporasiyasının varisinin var-dövləti indi 23,4 milyard dollara çatıb.

İlk onluqda yer alan Menarini əczaçılıq şirkətinin yaradıcısı italiyalı Massimiliana Aleottinin isə 10,1 milyard dolları var.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et