Modern.az

İlhamə Qiliyevanın qızı var? - Qalmaqallı AÇIQLAMALAR

İlhamə Qiliyevanın qızı var? - Qalmaqallı AÇIQLAMALAR

Təhsil

2 Mart 2016, 12:43


Xalq artisti İlhamə Quliyevanın ölümündən sonra onun mirasının kimə çatacağı ilə bağlı qalmaqal böyüyür. Müğənni Əli Mirəliyev xalq artistinin uşağı olmadığı və oğulluğu Orxan Nadirovun rəsmən övladlığa götürülmədiyi üçün onun mirasının dövlətə çatacağını qeyd edir.

Lakin İlhamə Quliyevanın bacısı (ögey bacısı, ata bir ana ayrı-red.) Gülbahar Quliyeva deyilənləri təkzib etməklə yanaşı, xalq artisinin qızı olduğu fikrini də qeyd edib.

“Bu miras kimə lazımdırsa, ona da veriləcək. Oğlu varsa, mülk oğluna qalsın. Bəlkə bir yerdən qızı da çıxdı”.

Bacısının bu fikri xalq artistinin qızı olması ehtimalını yenidən gündəmə gətirib. Qeyd edək ki, bu barədə əvvəllər də müxtəlif iddialar söylənilirdi.

“İlhamə Quliyeva cəmi bir dəfə övlad sahibi olacaqdı, o da olmadı”. Modern.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova deyib. O qeyd edib ki, həmin körpə 7 aylığında ölü doğulub.
“İlhamə Quliyeva bu uşağı 2 saylı Razin Doğum evində dünyaya gətirib”,-deyə A.Haşımova sosial şəbəkədə qeyd edib.

Aytən ZƏHRA

Twitter
Sizə yeni tvit var
Keçid et