Modern.az

Aygün Kazımova sevgilisindən DANIŞDI

Aygün Kazımova sevgilisindən DANIŞDI

Təhsil

2 Mart 2016, 13:44


Xalq artisti Aygün Kazımova maraqlı açıqlama edib. Modern.az xəbər verir ki, ATV telekanalının “Hər axşam” verilişində qonaq olan müğənni qəlbinin boş olduğunu bildirib:

“Qəlbimdə sevgi yoxdur. Ürəyim  boşdur. Bütün ürəyimi yaxınlarım, pərəstişkarlarım zəbt edib. Amma hər bir xanımın arzusudur ki, yanında sevdiyi insan olsun".

Daha sonra xalq artisti aparıcı Azər Axşamın konsert vermək haqqında sualına belə cavab verib:

“Çox istəyirəm super, şamplena bir konsert edim. Amma satmağa artıq heç nəyim yoxdur. Hər şeyimi satmışam. Gərək fikirləşim görüm evdə daha nə qalıb. Nəyisə satmasam mümkün olmur.  Amma narahat olmayın, bir şey tapacağam. Etdiyim layihələrdən sonra balaca bir iş görmək yaraşmaz”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et